"Bu gün Rusiya XİN başçısı Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında keçiriləcək görüşün əsas mövzusu Suriya və Dağlıq Qarabağ, əlbəttə ki, Ukraynadakı vəziyyət, eləcə də ABŞ-Rusiya ikitərəfli münasibətləridir".
"Report" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Qeyd edək ki, mayın 16-da Avstriyanın paytaxtı Vyanada ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçiriləcək görüşdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyət də müzakirə ediləcək.