Bu gün Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsi zonasında 1990-cı illərin ortalarından bu yana ən qanlı döyüşlərin getdiyi aprel hadisələrindən sonra ilk dəfə görüşəcəklər. Virtualaz.org xəbər verir ki, prezidentlərin görüşü Avstriyanın paytaxtı Vyanada baş tutacaq.
Danışıqlarda vasitəçi qismində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransanın XİN başçıları çıxış edəcəklər.Bir neçə gün öncə bütün tərəflər Vyanaya gələcəklərini təsdiq ediblər.