Sərkisyan “Qarabağa dair bir sıra görüşlər” üçün Vyanaya gedir

Sərkisyan “Qarabağa dair bir sıra görüşlər” üçün Vyanaya gedir backend

Ermənistan prezidenti Serj Sərkisyan bazar ertəsi mayın 16-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə “bir sıra işgüzar görüşlər keçirmək üçün” Vyanaya gedəcək.

Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistan prezidentinin mətbuat xidməti bildirir.

Bundan əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri Vyanada mayın 16-da Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün razılaşdırıldığı haqda bəyanat yayıb. Görüşdə ABŞ dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov və Fransa xarici işlər naziri Jan Mark-Ero da iştirak edəcək.

Lakin Ermənistan prezidentinin mətbuat katibi Serj Sərkisyanın Vynada Azərbaycan prezidenti ilə ikitərəfli görüşünün baş tutacağını hələ də təsdiqləmir. Azərbaycan prezidentinin mətbuat xidməti də hələ bu haqda rəsmi məlumat yaymayıb.

Bu arada təmas xəttində vəziyyət yenidən gərginləşib və mayın 13-də günün ikinci yarısından başlayaraq Ermənistan silahlı birləşmələri Tərtər-Goranboy istiqamətində həm ordumuzun mövqelərini, həm yaşayış məntəqələrini iriçaplı artilleriyadan atəşə tutur. Azərbaycan ordusu düşmənə cavab zərbələri endirir. Qondarma “DQR müdafiə nazirliyi”nin yaydığı məlumata görə bu atışmalarda təmas xəttinin şimal istiqamətində (Ağdərə) erməni ordusunun bir əsgəri ağır yaralanıb.
Diaspora