“Rusiya Dağlıq Qarabağ münaqişəsində gərginliyin azaldılması ilə bağlı hər bir addımı alqışlayır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü ilə bağlı suala cavabında deyib. O, görüşün keçirilib-keçirilməyəcəyi haqda məlumata malik olmadığını söyləyib. D Peskov bildirib ki, Rusiya münaqişənin deeskalasiyası və tərəflərin dialoqa qayıtması ilə əlaqədar atılan addımları alqışlayır.
Qeyd edək ki, Rusiyanın "İnterfaks" agentliyi mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilə biləcəyini xəbər verib.