"Normand dördlüyü"nün xarici işlər nazirlərinin Berlindəki danışıqları mürəkkəb olub, tərəflərin mövqeləri hələlik çox fərqlənir.
Trend TASS-a istinadən xəbəe verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bu gün Berlində keçirilən danışıqların nəticəsini şərh edərkən bəyan edib.Nazir bildirib ki, müzakirələr mürəkkib şəraitdə keçib: "Amma ab-hava Parisdəkindən daha yaxşı idi".
F.V.Ştaynmayer qeyd edib ki, tərəflərin mövqeləri bir-birindən uzaqdır: "Siyasi proses çətin gedir - bu gün irəliləyiş olmayıb".
Xatırladaq ki, Almaniya, Rusiya, Ukrayna və Fransanın XİN başçılarından ibarət "Normand dördlüyü" Ukraynanın şərqindəki vəziyyətin tənzimləməsi prosesini müzakirə edir.