İran ABŞ-ı məhkəməyə verir

İran ABŞ-ı məhkəməyə verir backend

İran dondurulmuş 2 milyard dolları geri qaytarmadığına görə ABŞ-ı məhkəməyə verəcək. Axar.az xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani xalqa müraciətində deyib.

“İran milləti və Mərkəzi Bankına məxsus pulların ABŞ-ın boğazından rahat keçməsinə icazə verməyəcəyik. Məsələ ilə bağlı yaxın vaxtlarda beynəlxalq məhkəmələrə müraciət edəcəyik. Millətin pulunu millətin xəzinəsinə qaytarmaq üçün bütün addımları atacağıq”, - Ruhani bildirib.

Xatırladaq ki, ABŞ Ali Məhkəməsi ötən ay İranın dondurulmuş 2 milyard dollar aktivlərini geri qaytarmaqdan imtina edib. Məhkəmə bu məbləğin 1983-cü ildə Hizbullahın Livanda amerikalı əsgərlərə hücumu zamanı ölənlərin yaxınlarına verilməsi barədə qərar verib.
Diaspora