Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğv edilməsi təklif edilir.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.O bildirib ki, Türkiyə ilə Azərbaycan yaxın və qardaş ölkədir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Türkiyə ilə sərhəddir. Eyni zamanda Türkiyədən Azərbaycana və Azərbaycanda Türkiyəyə çoxlu iş adamları gedib gəlir: "Ona görə də hesab edirəm ki, iki ölkə arasında viza rejimi ya ləğv edilməlidir, ya da vizanın müddəti 1 ilə qədər uzadılmalıdır. Bu məsələ daim gündəmdə olub, elə indi bunu reallaşdırmağın əsl vaxtıdır".