İrəvan Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını nəzərdə tutan qanun layihəsini Moskva ilə müzakirə etməyib. Axar.az xəbər verir ki, bunu jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Xeyr, bu, Moskva ilə müzakirə olunmayıb. Biz bu kontekstdə qəbul edilən qərarları yaxından izləyirik. İndi də hesab edirik ki, tərəflər kifayət qədər kövrək olan atəşkəsin pozulmaması ilə bağlı addımlar atacaqlar”, - Peskov bildirib.
Qeyd edək ki, qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə bağlı qanun layihəsi mayın 10-da Ermənistan parlamentinin növbədənkənar iclasında müzakirə olunacaq.