Ermənistan hökuməti Qarabağın müstəqilliyinin tanınması haqqında qanun layihəsinin müzakirəsinə başlayıb. Axar.az erməni mediasına istinadla xəbər verir ki, qanun layihəsi müzakirə edilib, təsdiqlənməsi üçün Ermənistan parlamentinə göndəriləcək.
Qeyd edək ki, Qarabağın tanınması ilə bağlı qanun layihəsini müxalif deputatlar Zarui Postandjyan və Qrant Baqratyan təqdim ediblər.
Azərbaycan bu qanun layihəsini kəskin tənqid edib. Rəsmi Bakı İrəvanın bu addımla Dağlıq Qarabağla bağlı bütün sülh danışıqlarının üstündən xətt çəkəcəyini açıqlayıb.