Prezidentdən Roma Papasına TƏBRİK

Prezidentdən Roma Papasına TƏBRİK backend

Prezident İlham Əliyev Roma Papası Fransiski Tacqoyma günü münasibəti ilə təbrik edib. Prezidentin təbrikində deyilir:

“Zati-müqəddəsləri, Tacqoyma gününüz münasibətilə Sizə və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. İnanıram ki, Azərbaycan ilə Vatikan arasında tolerantlığın, multikulturalizmin, ümumbəşəri dəyərlərin təntənəsi naminə müvəffəqiyyətlə davam edən əməkdaşlıq bundan sonra da Yer üzündə sülhə və əmin-amanlığa, insanlar arasında qarşılıqlı anlaşmaya və həmrəyliyə xidmət edəcək. Bu yaxınlarda Vatikana səfərimi, Sizinlə keçirdiyim görüşü, apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram. Belə bir əlamətdar gündə Sizə möhkəm can sağlığı, müqəddəs missiyanızda uğurlar, məsləkdaşlarınıza xoşbəxtlik və firavanlıq diləyirəm”.
Diaspora