Strasburqda aksiyalarda Azərbaycan diaspor təşkilatları da iştirak edib

Strasburqda aksiyalarda Azərbaycan diaspor təşkilatları da iştirak edib backend

Avropada “Erməni soyqırımı beynəlxalq yalandır” sözlərinə görə ittiham edilən Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçek məsələsinə dair bu gün Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasında keçirilən dinləmələrlə bağlı Strasburqda təşkil edilmiş etiraz aksiyalarında Avropadakı Azərbaycan diaspor təşkilatları da iştirak edib.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Hollandiyanın Haaqa şəhərindən Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın, Almaniyadan Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbəri Təranə Tağıyeva, Strasburq “Azərbaycan Evi” Cəmiyyətinin rəhbəri Mustafa Alınca və digər təşkilatların rəhbərləri, eləcə də üzvləri aksiyaya qatılaraq Türkiyə diasporuna dəstək nümayiş etdiriblər.
AİHM qarşısında əllərində Türkiyə, Azərbaycan, Türkmənistan, Almaniya, Fransa bayraqları tutan mitinq iştirakçıları fransız və türk dilində “Erməni yalanlarına son!”, “Avropa, səsimizi duy!” və digər bu kimi şüarlar səsləndiriblər. Aksiyada 5 minə yaxın insan iştirak edib.
Dinləmələrdən sonra Doğu Perinçek, onu müdafiə edən vəkillər və prosesi izləmək üçün Türkiyədən qatılmış nümayəndə heyəti Strasburqdakı “La plase bordeux” konfrans zalında görüş keçirib.
Diaspora