Ermənistan Dağlıq Qarabağ məsələsində haqlı deyil. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Yerevanda jurnalistlərə Avronest Parlament Assambleyasının həmsədri, Ukraynanın "Batkivşina" partiyasının üzvü Boris Tarasyuk deyib.
Onun sözlərinə görə, Ermənistan Ukraynadakı Qolodomoru tanımalıdır: "SSRİ dağıldıqdan sonra yaranmış sərhədlər toxunulmaz elan edilib. Mən tarixə nəzər salmışam. Və biz hesab edirik ki, Ermənistan Dağlıq Qarabağ məsələsində haqlı deyil. Mən rəsmi mövqeni səsləndirirəm".B.Tarasyuk bunun kimin rəsmi mövqeyi olduğunu dəqiqləşdirməyib.