Dağlıq Qarabağda silahlı toqquşmanın kəskinliyi azalmır. Axar.az xəbər verir ki, bunu Moskvada keçirilən V Beynəlxalq Təhlükəsizlik Şurasında çıxışı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Nikolay Bordyuja söyləyib.
Onun sözlərinə görə, son günlər dondurulmuş konflikt zonalarında eskalasiya qəfildən başlayıb.
Qeyd edək ki, bundan öncə Bordyuja Qarabağın Ermənistana aid ərazi olmadığı üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ora müdaxilə etməyəcəyini açıqlayıb.