İlham Əliyev Sudanın xarici işlər nazirini qəbul etdi

İlham Əliyev Sudanın xarici işlər nazirini qəbul etdi backend

Azərbaycan prezidenti İlham Əliyev Sudanın xarici işlər naziri Əli Əhməd Kartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı Sudanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin məhsuldar olacağına və ölkələrimiz arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

İki ölkə arasında mövcud olan tərəfdaşlıq əlaqələrini və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı yüksək dəyərləndirən dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Sudanın bu münaqişənin həllində və eləcə də Xocalı faciəsinin soyqırımı kimi tanınmasında tutduğu ədalətli mövqeyinə görə minnətdarlığını ifadə edib.

Ə. Karti Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu deyib və qazanılan nailiyyətlər münasibətilə prezident İ. Əliyevi təbrik edib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini qeyd edən nazir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəsinin tutduğu ədalətli mövqeyin dəyişməz olaraq qalacağını bir daha vurğulayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr, iqtisadi sahədə, o cümlədən enerji sektorunda əməkdaşlıq və bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub.
Diaspora