​İstanbul Türkiyə-Azərbaycan Dərnəyi “İrəvan gerçəyi, soyqırım yalanı“ adlı konfrans keçirib

​İstanbul Türkiyə-Azərbaycan Dərnəyi “İrəvan gerçəyi, soyqırım yalanı“ adlı konfrans keçirib backend

Türkiyədə İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) tərəfindən "İrəvan gerçəyi, soyqırım yalanı" adlı konfrans keçirilib.

Qaziler.az bildirir ki, Disporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfransda Azərbaycan və türk diaspor üzvləri, mətbuat nümayəndələri iştirak ediblər.
İrəvan xanı Hüseynəli xanın nəvəsi Turxan Turqut çıxış edərək, türklərin İrəvandakı mövcudluğunun yüz illər əvvələ söykəndiyini, bu ərazilərdə çox az sayda erməni və kürd ailələrinin məskunlaşdığını bildirib.
Turxan Turqut vurğulayıb ki, Ermənistanın türk və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və türk toponimlərini dəyişdirdiriblər: "1914-cü ildə İrəvanda 270 min türk olduğu halda, 1926-cı ildə bu rəqəm 89 minə enmişdi. Bu gün isə İrəvanda türk qalıb-qalmamağı barədə məlumat yoxdur. Çox güman ki, qalmayıb, çünki, qalanlar ermənilər tərəfindən öldürüldü. Bundan başqa, 667 kənd, qəsəbə və şəhərin adı dəyişdirildi. 1918-1987 illər ərzində 254 məskunlaşma vahidinin adlarını xəritədən sildilər”.
İSTAD sədri Səfər Qaraqoyunlu isə çıxışında türklərin ermənilərə qarşı yox, ermənilərin türklərə soyqırım törətdiyini bildirib: “Biz 1915-ci ildə imperialist qüvvələrə qarşı vuruşarkən ermənilər hər cəbhədə türkləri arxadan vuraraq düşmənlərlə müttəfiqlik edib və bunun nəticəsində də təcrid və sürgünə məruz qalıblar. Sürgün və köç əsnasında ermənilər keçdikləri kəndlərə, şəhərlərə hücum edərək yandırıblar. 1915-ci ildə əli silah tutan hər kəs cəbhələrdə döyüşərkən ermənilər bu vəziyyətdən istifadə edərək Anadoluda olduğu kimi Azərbaycanın müxtəlif bölgələrində soyqırımlar törədiblər”.
S.Qaraqoyunlu 1905-ci ildən başlayaraq ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktlarından söhbət açaraq 1918-ci il soyqırımları, həmçinin 1992-ci ildə Xocalıda baş verənlər haqqında məlumat verib.
Konfransda çıxış edənlər Türkiyə və Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini ifadə ediblər.
Konfransın sonunda İSTAD idarə heyəti tərəfindən Turxan Turquta və “Şəhid Anaları” dərnəyinin rəhbəri Pakizə Akbabaya İSTAD-ın fəxri üzvlük nişanı təqdim edilib.
Diaspora