Lavrov Jirinovskinin ad günündə “rus dünyası”ndan danışdı

Lavrov Jirinovskinin ad günündə “rus dünyası”ndan danışdı backend

“Rus dünyası” termini Rusiyanın çoxmillətli mədəniyyətinin əksidir. Axar.az xəbər verir ki, bunu Vladimir Jirinovskinin doğum günü münasibətilə çəkilən filmdə çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə görə, Jirinovskinin rusların müdafiəsi haqqında proqramı və “rus dünyası” termininin millətçiliklə heç bir əlaqəsi yoxdur. O, bu terminin, sadəcə, Moskvanın öz həmvətənlərini qorumaq üçün yaratdığı xarici siyasət doktrinasının bir parçası olduğunu bildirib.


Qeyd edək ki, “rus dünyası” konsepsiyası 2007-ci ildən etibarən Rusiya tərəfindən aktiv şəkildə reallaşdırılır. Moskva bu ad altında öz imperiya maraqlarını yenidən bərpa etməyə çalışır. 2014-cü ildə Donbas savaşı və Krım böhranı zamanı Kreml bu siyasətdən aktiv şəkildə istifadə etdi.
Diaspora