BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında 175 ölkə iqlim üzrə Paris razılaşmasını imzalayıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq bəyan edib.
Onun sözlərinə görə, daha 15 ölkə sənədi ratifikasiya edib.“Beləliklə, "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası"n rekordu yenilənib. 1982-ci ildə adıçəkilən sənədi 119 ölkə imzalamışdı”, deyə F.Haq bildirib.
Razılaşma iqlim dəyişiklikləri məsələləri üzrə BMT-nin Çərçivə Konvensiyasına üzv dövlətlərin 21-ci konfransında Parisdə qəbul edilib.