Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu dəqiqələrdə ermənistanlı həmkarı Edvard Nalbadyanla danışıqlara başlayıb.
Qaziler.az bildirir ki, Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, görüş məhdud tərkibdə keçirilir, sonra isə onlara nümayəndə heyətləri qoşulacaqlar.Rusiya XİN rəhbəri bu gün Ermənistan Serj Sarkisyanla da görüşəcək.
Yerevana səfərin əsas məqsədlərindən biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir.