Pan Gi Munun Bakı səfəri təxirə salındı

Pan Gi Munun Bakı səfəri təxirə salındı backend

Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun bir neçə gündən sonra Cənubi Qafqaza planlaşdırılan səfəri təxirə salınıb. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə BMT-nin Ermənistan nümayəndəliyinin ictimai informasiya idarəsinin rəhbəri Armine Qaladjyan deyib.

Qurum rəhbərinin Azərbaycana, Gürcüstan və Ermənistana səfəri baş tutmalı idi.

Pan Gi Munun mətbuat katibi Stefan Dyujarikin verdiyi məlumata görə, BMT-nin baş katibi adı çəkilən regionlara səfər etməyi çox istəyirdi, amma bu günlərdə fövqəladə səbəblərə görə başqa yerdə olmalıdır. Cənubi Qafqaz səfərinin tarixinə isə yenidən baxılacaq.


Pan Gi Mun Azərbaycana gəlir
Pan Gi Mun BMT-nin inzibati rəhbərinin vəzifəsinin icrasına başladığı gündən nə Ermənistan, nə Azərbaycanda olmayıb. 2007-ci ilin iyun ayında Əfqanıstandan Avropaya gedərkən qısa müddətə Tiflisə baş çəkib.

2016-cı ilin 25-27 aprel tarixlərində Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Forumunda BMT-nin Baş Katibi Pan Gi Munun da iştirakı nəzərdə tutulmuşdu.
Diaspora