Ərdoğanın baş məsləhətçisi: “Azərbaycan və Türkiyə əkiz qardaşlardır“

Ərdoğanın baş məsləhətçisi: “Azərbaycan və Türkiyə əkiz qardaşlardır“ backend

“Erməni silahlı bölmələri Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidir”. APA-nın “gazetevatan.com” saytına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu Azərbaycanın Ankaradakı səfirliyinə ziyarətində deyib. “Burdan bütün dünyaya bir daha səslənirik. Azərbaycan və Türkiyə çiyin-çiyinə vermiş əkiz qardaşlardır. Bunun ən gözəl nümunəsini Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə etdiyi son ziyarətində gördük. Hər iki dövlət başçısının qucaqlaşması dosta və düşmənə verilən önəmli mesajdır” - deyən Y. Topçu türk dünyasının dildə və fikirdə bir olmasının türk dünyası, eləcə də İslam dünyasına təhlükəsizlik, azadlıq və rifah gətirəcəyini qeyd edib.


Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov isə ziyarətdən məmnunluğunu ifadə edib: "Son hadisələr bir daha göstərdi ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlığın dünyada başqa nümunəsi yoxdur. Son aylarda buna bir daha şahid olduq. Mustafa Kemal Atatürkün dediyi kimi, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizidir”. Heydər Əliyevin dediyi kimi, Azərbaycan və Türkiyə “bir millət, iki dövlətdir”. Türkiyə Respublikasına və prezidentinə Azərbaycanın haqlı mübarizəsində verdiyi dəstəyə görə təşəkkürlərimi bildirirəm”.
Diaspora