Bu gün Almaniyanın XİN başçısı Frank-Valter Ştaynmayer ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.
Qaziler.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Almaniya XİN-in məlumatında deyilir.Məlumata əsasən, göruş zamanı Dağlıq Qarabağda atəşkəsin və siyasi danışıqların bərpası əvəzolunmazdır.
Ştaynmayer bildirib ki, status-kvonun saxlanılması gələcək üçün heç bir zəmanət vermir və yenidən vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.