Azərbaycan səfirinin məktubundan sonra alman qəzeti yanlışlığı düzəldib

Azərbaycan səfirinin məktubundan sonra alman qəzeti yanlışlığı düzəldib backend

Nüfuzlu alman qəzeti “Süddeutsche Zeitung” 6 aprel tarixli sayında “Qafqazda qapalı dairə” sərlövhəli məqalə dərc edib.

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, həmin məqalədə Dağlıq Qarabağ “erməni anklavı” kimi, əldə olunmuş atəşkəs rejimi isə Azərbaycanla “Dağlıq Qarabağ regionu erməniləri” arasında saziş kimi təqdim edilib.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovun məktubundan sonra qəzetin redaksiyası növbəti sayların birində yanlışlıq barədə məlumat dərc edib. Təkzibdə qeyd olunur ki, atəşkəs haqqında razılaşma Dağlıq Qarabağla yox, Ermənistanla əldə olunub. Azərbaycanın mərkəzində yerləşən Dağlıq Qarabağ da anklav deyil, Azərbaycanın beynəlxalq səviyyədə tanınan hissəsidir.
Diaspora