Martın 17-19-da Sudanın xarici işlər naziri Ali Ahmed Karti Azərbaycanda rəsmi səfərdə olacaq. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata, səfər çərçivəsində Ali Ahmed Kartinin ölkəmizdə bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulub.
Martın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuat konfransı keçiriləcək.