Türk əsilli nazir istefa verdi: “Erməni itləri…”

Türk əsilli nazir istefa verdi: “Erməni itləri…” backend

İsveçin Əmlak naziri, türk əsilli siyasətçi Məhməd Kaplan istefa verib. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Stefan Löfven məlumat verib. Kaplanın istefasına səbəb bir müddət öncə “Erməni itlərinə ölüm” deyən Türk İşçi Dərnəkləri Federasiyasının sədr müavini Barbaros Leylani ilə münasibətləri olub.


Onunla şam yeməyi zamanı çəkilən fotoşəkillər sosial şəbəkələrdə böyük narazılıq yaradıb.

Qeyd edək ki, Məhməd Kaplan İsveçdə qalmaqallı siyasətçi kimi məşhurlaşıb. O, 2009-ci ildə “İsraillilərin bu gün fələstinlilərlə davranışı 1930-cu illərdə faşist Almaniyasının yəhudilərə davranışından fərqlənmir”, - deyərək İsraili sərt tənqid etmişdi.
Diaspora