İsrailin baş naziri Kremlə Putinlə görüşə gedəcək

İsrailin baş naziri Kremlə Putinlə görüşə gedəcək backend

İsrailin baş naziri Binyamin Netaniyahu aprelin 21-də Rusiyaya qısamüddətli işgüzar səfər edəcək.

Qaziler.az "Report"a istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində o, Rusiya prezidenti Vladimir Putinlə görüşərək, ikitərəfli əlaqələrin inkişafını, İsrail-Fələstin münaqişəsinin tənzimlənməsinin perespektivlərini və Suriyadakı vəziyyəti müzakirə edəcək.

Qeyd edək ki, aprelin 18-də Fələstin prezidenti Mahmud Abbas da Moskvaya işgüzar səfərə gedəcək.
Diaspora