Azərbaycanın işğal altındakı torpaqları məsələsində çiyin-çiyinə verməliyik. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu İslam Əməkdaşlığı Təşkilatının 13-cü zirvə toplantısında çıxışı zamanı deyib. O, müsəlman dövlətlərini birliyə səsləyib:
“İslam dünyası radikallıqla xatırlanmamalıdır. İslamı terrorla eyniləşdirənlərə qarşı birgə mövqe sərgiləməliyik. İslamafobiyaya qarşı səsimizi yüksəltməliyik. Suriyalı miqrantların problemlərini həll etməliyik. Afrikada çətin vəziyyətdə olan ölkələr üçün işləməliyik. Paytaxtı Şərqi Qüds olan Fələstin üçün birgə mövqe nümayiş etdirməliyik. Azərbaycanın işğal altındakı torpaqları məsələsində də çiyin-çiyinə verməliyik”.