ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonqun aprelin 14-15 Azərbaycana səfər edəcək. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, K. Tonq Dövlət Departamentinin qlobal iqtisadi səylərinə dəstək verərək, tərəfdaşlarla ticarət, maliyyə, telekommunikasiya, nəqliyyat, iqtisadi sanksiyalar, kommersiya imkanları və digər məsələləri müzakirə edir.
O, bu vəzifədə 2014-cü ilin iyul ayından çalışır.
K. Tonq səfər çərçivəsində Azərbaycan hökuməti rəsmiləri, Azərbaycan və Amerika biznes nümayəndələri, Azərbaycanlı tələbələrlə görüşərək Azərbaycanda iqtisadi vəziyyət, islahatlar və iqtisadiyyatın diversifikasiyası sahəsində aparılan işlərlə tanış olacaq.
O, həmçinin ABŞ Azərbaycanın iqtisadi inkişafına dəstəyinin təkmilləşdirilməsi imkanlarını da müzakirə edəcək.
K. Tonq Azərbaycana ilk dəfə səfər edir.