QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gediblər. İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşü gözlənilir. Lent.az Türkiyədə Prezident adminstrasiyasının rəsmi saytına (tccb.gov.tr) istinadən bildirir ki, görüş İstanbulda Mabeyn İqamətgahında baş tutmalıdır.Prezidentlər Bakı vaxtı ilə saat 18.00-da görüşməlidirlər. Xatırladaq ki, İstanbulda aprelin 14-15-də İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı keçiriləcək.
Və Azərbaycan Prezidenti İlham Əliyevi Sammitə Türkiyəyə səfəri zamanı Rəcəb Tayyib Ərdoğan dəvət edib.