Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məleykə Abbaszadənin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, sərəncamda deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilsin".