Azərbaycan XİN-dən Yunanıstan və Latviyaya xəbərdarlıq

Azərbaycan XİN-dən Yunanıstan və Latviyaya xəbərdarlıq backend

Xarici İşlər Nazirliyi Yunanıstan və Latviya parlamentlərinin üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini qərəzli və təhrikçi yanaşma kimi qiymətləndirib.


Lent.az-a verdiyi məlumata görə, bununla bağlı nazirliyinin sözcüsü Hikmət Hacıyev açıqlama verib. O bildirib ki, Yunanıstan və Latviya parlamentinin üzvlərinin Azərbaycanın işğal olunan ərazilərinə qanunsuz səfərini qərəzli və təhrikçidir: “Yunanıstan parlamentinin üzvü Qarifalia Kanelli və Latviya Parlamentinin üzvü Serqeys Potapkinsin beynəlxalq hüquqa zidd olaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməyə məruz qaması, Ermənistan silahlı qüvvələrinin son təxribatları və mülki insanlar arasında ölüm və yaralanma halları ilə nəticələnərək qoşunların təmas xətti boyunca yaşayan Azərbaycan əhalisini ağır artilleriyadan atəşə tutması və törətdiyi digər müharibə cinayətlərinə göz yumaraq 11 aprel tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərini qərəzli və təhrikçi yanaşma kimi qiymətləndiririk”.



Hikmət Hacıyev qeyd edib ki, Yunanıstan və Latviyanın Ermənistan-Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında danışıqlar yolu ilə həllinə dair mövqeyinə və ölkələrimizin qanunverici orqanları arasında olan əməkdaşlığın ruhuna zidd olaraq bu kimi birtərəfli addımın atılması Ermənistanın təxribatçı əməllərinin təşviqinə və onsuz da ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir.


Xarici işlər nazirliyinin sözcüsü ölkələr arasında mövcud olan dostluq və qarşılıqlı anlaşmadan çıxış edərək, sözügedən məsələ ilə əlaqədar Latviya və Yunanıstandakı səfirliklərimizin Azərbaycanın narahatlığını Latviya və Yunanıstanın aidiyyəti dövlət orqanlarına çatdıracağını qeyd edib.
Diaspora