Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin fərmanı ilə ölkənin Azərbaycandakı yeni səfiri təyin edilib. Trend-in Zakon.kz saytına istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Prezidentin fərmanı ilə Qazaxıstanın Azərbaycandakı yeni səfiri Beybit İsabayev Oksikbayeviç təyin edilib. Amangeldı Jumabayev isə Qazaxıstanın Azərbaycandakı səfiri vəzifəsindən azad edilib.