Elmar Məmmədyarov Türkiyəyə səfər edib

Elmar Məmmədyarov Türkiyəyə səfər edib backend

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına yola düşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti 12-13 aprel 2016-cı il tarixində İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının İƏT-in "Ədalət və sülh naminə birlik və həmrəylik" mövzusunda 13-cü Zirvə toplantısına hazırlıq iclasında iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.

İclas çərçivəsində nazir E.Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Diaspora