“Voice of Vietnam” qəzeti: Azərbaycan Dağlıq Qarabağı güzəştə getməyəcək

“Voice of Vietnam” qəzeti: Azərbaycan Dağlıq Qarabağı güzəştə getməyəcək backend

Nüfuzlu “Voice of Vietnam” qəzetində “Azərbaycan Dağlıq Qarabağı güzəştə getməyəcək” başlıqlı məqalə dərc olunub.

Məqalə Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanovun erməni separatçılarının cəbhə xəttində təxribatı nəticəsində yaranmış gərginliklə əlaqədar Hanoyda keçirdiyi mətbuat konfransında dediyi fikirlər əsasında hazırlanıb.

“Voice of Vietnam”ın məqaləsində cəbhə xəttində atəşkəsin razılaşdırılmasına baxmayaraq, Azərbaycan tərəfinin Dağlıq Qarabağ üzərində suverenliyini bərpa etmək fikrindən heç zaman daşınmayacağı vurğulanıb. Xəbərdə Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək niyyətində olduğu bildirilir, lakin aprelin 5-də əldə olunan atəşkəsin Ermənistan tərəfindən pozulacağı təqdirdə Azərbaycanın buna cavab verməkdən çəkinməyəcəyi qeyd olunur.

Vyetnam qəzeti Dağlıq Qarabağ regionunun Azərbaycana məxsus olduğunun beynəlxalq ictimaiyyət tərəfindən tanındığını bildirir, bununla bağlı BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının bir neçə qətnaməsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi vurğulanır.

Xəbərdə, həmçinin işğal altındakı Dağlıq Qarabağ və ətraf yeddi rayonda yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin Azərbaycanın təmas xətti boyu yerləşən yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki əhaliyə və obyektlərə ciddi ziyan dəydiyi, Azərbaycan ordusunun müvafiq cavab tədbirləri gördüyü bildirilir. Qeyd olunur ki, son əməliyyatlar zamanı Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri yerləşən bir neçə yüksəkliyi geri alıb.

“Voice of Vietnam” Azərbaycan tərəfinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa yüksək statuslu muxtariyyətin verilməsinə hazır olduğu vurğulanır.
Diaspora