Ermənistanın son günlərdə müntəzəm olaraq atəşkəsi pozaraq həyata keçirdiyi təxribatları Azərbaycan ordusu layiqincə cavablandırıb.
Qaziler.az bildirir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikri Mərkəzin Moskva filialının direktoru, professor Natalya Krasovskaya səsləndirib.O qeyd edib ki, bununla da Azərbaycan Silahlı Qüvvələri torpaqlarını işğaldan azad etmək naminə döyüşə hazır olduğunu nümayiş etdirib. Bildirilib ki, bu münaqişəni həll edilməmiş formada saxlamaq olmaz. Tərəflər hərbi yolla deyil, danışıqlar vasitəsilə, beynəlxalq hüquq çərçivəsində problemin həlli yolunu tapmalıdırlar.
Natalya Krasovskaya vurğulayıb ki, müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə, qərarlar da Dağlıq Qarabağın və işğal olunmuş yeddi rayonun Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləyir, bu ərazilər de-fakto geri qaytarılmalıdır. “Rusiya bilavasitə öz sərhədləri yaxınlığında sülh və əmin-amanlığın olmasında maraqlıdır və düşünürəm ki, problemin sülh yolu ilə həllinə yardımını əsirgəməyəcək”, - deyə filialın direktoru bildirib.