Almaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda zorakılığın azaldılması və münaqişənin davamlı sülh əsasında həll edilməsi üçün 7 maddədən ibarət plan təklif edib.
Qaziler.az bildirir ki, APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya XİN-dəki mənbədən bildirilib.Mənbənin bildirdiyinə görə, söhbət atəşkəs rejiminin möhkəmləndirilməsindən və münaqişənin dialoq, etimad quruculuğu, sabitləşdirmə tədbirləri əsasında tənzimlənməsindən gedir.
Mənbə qeyd edib ki, hazırkı “status-kvo” uzunmüddətli perspektivdə davamlı deyil və münaqişənin ömrü nəzərə alınsa, təmas xəttində və sərhəddə zorakılığın artması riski çoxalır.
“Almaniya xarici işlər naziri ATƏT-ə sədrliyindən irəli gələn səlahiyyətlərindən geniş şəkildə istifadə edəcək”, - deyə Almaniya XİN-dəki mənbədən bildirilib.