“Rusiya əvvəlki kimi Ermənistan Atom Elektrik Stansiyasının yeni enerji blokunun tikintisində iştirak etmək imkanlarını nəzərdən keçirir”. APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya baş naziri Dmitri Medvedevin İrəvana səfəri ilə bağlı sənədlərdə deyilir.
Qeyd edək ki, 2010-cu ilin fevralında “Metsamorenerqoatom” adlı Ermənistan-Rusiya müştərək müəssisəsi yaradılıb. Həmin ilin avqustunda Ermənistan ərazisindəki atom elektrik stansiyasında yeni enerji bloklarının tikintisi sahəsində əməkdaşlıqla bağlı hökumətlərarası müqavilə imzalanıb.