Nazirlər yekun açıqlama ilə çıxış ediblər

Nazirlər yekun açıqlama ilə çıxış ediblər backend

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun aprelin 7-də Bakıda keçirilən görüşündə tərəflər XİN rəhbərlərinin üçtərəfli görüşünün dialoq və ölkələrin regional, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsində əhəmiyyətini bir daha qeyd ediblər.


APA-nın xəbərinə görə, bu barədə nazirlərin Bakı görüşünün yekunlarına dair mətbuat açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, tərəflər bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında hökumətlərarası əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi ilə bağlı razılığa gəliblər.

XİN rəhbərləri regional stabillik və təhlükəsizliyə qarşı yeni çağırışlarla mübarizəyə sadiqliklərini təsdiqləyib, bu mənada terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq və narkotik qaçaqmalçılığı ilə mübarizədə yaxın qarşılıqlı fəaliyyət göstərməyə hazır olduqlarını bildiriblər.

Tərəflər iqtisadiyyat, enerji, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm , gənclər mübadiləsi, eləcə də konsul və gömrük məsələlərində üçtərəfli formatda əməkdaşlıqla bağlı razılığa gəliblər. Həmçinin, üç ölkənin regionları və əyalətləri arasında əlaqələrin təşviq edilməsi barədə razılıq əldə olunub. Onlar Xəzər dənizinin sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi qorunmasına yönəlik müfəssəl səylərin davam etdirilməsinə sadiqliklərini təsdiqləyiblər.

Tərəflər Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın tezliklə başa çatdırılması ilə bağlı razılığa gəliblər.

Nazirlər Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı ilə bağlı layihələrə dəstəyin vacibliyini bir daha vurğulayıblar.

Tərəflər dövlət başçılarının göstərişi əsasında ilk üçtərəfli sammitə hazırlıqların başlanması ilə bağlı razılığa gəliblər.
Diaspora