Azərbaycanın baş naziri Artur Rasizadə və Rusiya baş naziri Dmitri Medvedyev arasında telefon danışığı olub.
Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat verib.“Tərəflər D.Medvedyevin Azərbaycana aprelin 8-də baş tutacaq görüşünü müzakirə ediblər. Azərbaycan rəhbərliyi ilə görüşlərdə iqtisadi, ticarət, energetika, sənaye, nəqliyyat infrastrukturu daxil olmaqla geniş spektrdə məsələlərə baxılacaq”, məlumatda bildirilir.