Vyanda ATƏT Daimi Şurasının xüsusi iclası başlayıb.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, Dağlıq Qarabağda vəziyyətin pisləşməsinə həsr olunan iclasda ATƏT-in+Minsk+Qrupu">ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin hesabatı dinləniləcək. Toplantıda ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.Xatırladaq ki, bu gün Vyanada ATƏT-in+Minsk+Qrupu">ATƏT-in Minsk Qrupunun geniş formatda yığıncağı keçirilib. Həmsədrlərdən İqor Popov və Pyer Andryunun Daimi Şuranın iclasını gözləmədən regiona yollandığı, Ceyms Uorlikin isə daha sonra onlara qatılacağı bildirilir.