İran Qarabağ məsələsində bitərəf olduğunu açıqladı

İran Qarabağ məsələsində bitərəf olduğunu açıqladı backend

İran Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə bitərəf olduğunu açıqlayıb. “Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, cəbhədə yaşanan gərginliklə bağlı İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsində baş tutan toplantıda İran ərazisinə düşən mərmi ilə bağlı məsələdən danışılıb.


Bu ölkənin XİN nümayəndəsi yaşanan gərginliklə bağlı İranın bitərəf siyasət yürütdüyünü ifadə edib.

Xatırladaq ki, bu gün Azərbaycan, İran və Türkiyə XİN rəhbərləri İranın Ramser şəhərində üçlü görüş keçirir.
Diaspora