Böyük Britaniya parlamentinin deputatı Stefen Hepburn Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı bəyanat verib.
Qaziler.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Avropa Azərbaycan Cəmiyyətindən bildirilib.Bəyanatda deyilir: “Son 20 il ərzində ən ağır döyüşlər və Ermənistanın Azərbaycana qarşı insan tələfatı ilə nəticələnən hərbi təcavüzü məni dəhşətə gətirir. Dünya birliyi Ermənistanı məcbur etməlidir ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmağı tələb edən dörd qətnaməsinin tələblərini yerinə yetirsin. Artıq bunun vaxtıdır və Ermənistan bu qətnamələrə riayət etmirsə, onun rəhbərliyinə qarşı müvafiq sanksiyalar tətbiq olunmalıdır”. Britaniyalı deputat vurğulayır ki, Azərbaycana qarşı həyata keçirilən insan tələfatı və təcavüz siyasətinə son qoyulmalıdır.