Putinin təşkilatı Ermənistanı müdafiə etdi

Putinin təşkilatı Ermənistanı müdafiə etdi backend

Azərbaycanın hərəkətləri Dağlıq Qarabağdakı vəziyyəti ancaq gərginləşdirir. Virtualaz.org xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mətbuat katibi Vladimir Zaynetdinov bildirib. “Hər şey danışıqlar yolu ilə həllini tapmalıdır. Azərbaycan tərəfinin hərəkətləri bu halda vəziyyətin və münaqişənin kəskinləşməsinə gətirib çıxarır”, - V.Zaynetdinov belə deyib. O qeyd edib ki, KTMT-nin baş katibi Nikolay Bordyuja və təşkilatın katibliyinin rəhbərliyi daim Ermənistan rəhbərliyi ilə təmasdadır.


“Respublikanın Müdafiə Nazirliyindən hərbi münaqişə ilə bağlı bütün məlumatları almışıq. Hesab edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli yoxdur”, - V.Zaynetdinov bildirib.
Diaspora