Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək backend

Aprelin 5-6-da İranın Ramsar şəhərində Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulub.

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə regional təhlükəsizlik, beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə, yüklərin tranzit daşınmasının təkmilləşdirilməsi məsələləri müzakirə ediləcək. Nazirlər regionda baş verən siyasi proseslərlə yanaşı, iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələsinə də toxunacaqlar.

Hər üç ölkənin nazirlərinin bu formatda görüşü ilk dəfə Urmiyada, sonra isə Naxçıvanda keçirilib.
Diaspora