Rusiya və ABŞ birgə beynəlxalq mexanizmlər çərçivəsində, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə birgə işləyirlər.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.Onun sözlərinə görə, Moskva və Vaşinqtonun bütün məsələlər üzrə mövcud yanaşmalarının eyni olduğunu və ya üst-üstə düşdüyünü söyləmək olmaz: "Buna baxmayaraq, həll yollarını axtarırıq və bunun üçün diplomatiyadan istifadə edirik. Diplomatiya məhz müxtəlif yanaşmalar zamanı bu mövqeləri yaxınlaşdırmaq üçündür".