Qarabağda nə qədər erməni yaşayır?

Qarabağda nə qədər erməni yaşayır? backend

2015-ci ilin dekabrında Dağlıq Qaravağda keçirilən siyahıyalmanın ilkin nəticələri məlum olub. Məlumata görə, Azərbaycanın işğal olunan torpaqlarında 146 min 260 nəfər yaşayır. “Dağlıq Qarabağ Respublikası"nın "Statistika Xidməti”nin məlumatına görə, həmin sakinlərin 70 min 512 nəfəri şəhərlərdə, o cümlədən 50 mini Xankəndində yaşayır.


“Qarabağın Statistika Xidməti” siyahıyalamanın yekun nəticələri barədə 2016-cı ilin noybarında yekun hesabat dərc edəcəyini və həmin sənəddə 55 aspekt üzrə Dağlıq Qarabağda yaşayan sakinlərin milliyəti, məşğuliyyəti və sosial tərkibi barədə məlumat verəcəyini bildirib.

Dağlıq Qarabağda sonuncu dəfə 2005-ci ildə siyahıyalama keçirilmişdi. Həmin vaxt bölgədə 137 min 737 nəfərin yaşadığı müəyyən olunmuşdu. Son 10 ildə Azərbaycanın işğal olunmuş torpaqlarında yaşayan əhalinin sayı cəmi 8,5 min nəfər artıb.
Diaspora