Azərbaycan prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının bir sıra konqresmenləri ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurlu inkişafı haqqında danışılıb, bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, enerji, müdafiə, təhlükəsizlik sahələrində əlaqələrin çox yaxşı səviyyədə olduğu bildirilib. ABŞ Konqresinin üzvlərinin bu əlaqələrin inkişafına töhfə verə biləcəkləri qeyd edilib.
Prezident İlham Əliyev son illərdə Azərbaycanın uğurlu inkişafı haqqında danışıb. Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Sonra dövlət başçısı konqresmenlərin suallarını cavablandırıb.