Prezident İlham Əliyev ABŞ dövlət katibi ilə görüşəcək

Prezident İlham Əliyev ABŞ dövlət katibi ilə görüşəcək backend

Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib. Görüş bu gün Bakı vaxtilə saat 22.00-a nəzərdə tutulub.


Xatırladaq ki, Azərbaycan prezidenti martın 30-da Vaşinqtonda başlayacaq IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək.
Diaspora