Ağ Ev: Obama Ərdoğan görüşü baş tutacaq

Ağ Ev: Obama Ərdoğan görüşü baş tutacaq backend

"ABŞ və Türkiyə prezidentlərinin Vaşinqtonda görüşünün keçirilməsi ehtimalı böyükdür". APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu açıqlama ilə Ağ Ev sözçüsü Coş Ernest çıxış edib.


"Nüvə Təhlükəsizliyi Sammitində cənab Obamanın Türkiyənin dövlət başçısı ilə ən azından qeyri-rəsmi görüşü planlaşdırılıb", - deyə əlavə edib.

Xatırladaq ki, daha öncə ABŞ və Türkiyə prezidentlərinin bu tədbir çərçivəsində bir araya gəlməyəcəkləri açıqlanmışdı.

Martın 31-də ABŞ-ın paytaxtı Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammiti keçiriləcək. Sammitdə 50 yaxın ölkə liderinin iştirak edəcəyi bildirilir.

Diaspora