ABŞ ştatlarından biri olan Havay adaları qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıyıb. Virtualaz.org bildirir ki, bu xəbəri “Ermənistan xəbərləri” saytı yayıb. Məlumata əsasən, martın 29-da Havay adalarının Nümaytəndələr palatası “DQR”in müstəqilliyini tanıyıb.
Xatırladaq ki, əvvəllər ABŞ-ın Men, Luiziana, Massaçusets və Rod-Aylend ştatları da bu təşəbbüslə çıxış ediblər. O zaman Azərbaycan XİN bəyan etmişdi ki, ABŞ-ın xarici siyasət məsələləri federal hökumətin müstəsna səlahiyyətindədir və ştatların ayrı-ayrılıqda qərarları heç bir hüquqi əhəmiyyətə malik deyil.