Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Böyük Britaniyanın İstanbuldakı konsulu Leyc Turneri sərt tənqid edib. Lent.az-ın CNN Türk-ə istinadən məlumatına görə, həbsxanada saxlanılan jurnalistlər Can Dündar və Ərdəm Gülə dəstək verərək onlarla bağlı tvitter-də paylaşım edən konsula ismarıc göndərən R.T.Ərdoğan deyib:
"Bir ölkənin baş konsulu durub cəsusluq maddəsi ilə ittiham edilən jurnalistə dəstək verir, onun məhkəməsinə gedir, bu azmış kimi yanaq-yanağa çəkilmiş fotosunu paylaş. Üstəlik həddini aşıb sosial mediada “Türkiyənin necə bir ölkə olmaq istədiyinə qərar verməsi lazımdır” kimi tvit paylaşır. Bu insan hələ də ölkəmizdə vəzifəsini davam etdirə bilirsə, bizim alicənablığımız, qonaqpərvərliyimiz səbəbindəndir. Başqa bir yerdə bu cür davranışlar etmiş diplomatları bir gün də ölkədə saxlamazdılar”.